image-qanunla-reklam
image-1661152488_-4cea2358164501048974567197910283148

Ərdoğan Putinlə Zaporojye AES-i müzakirə edəcək

image-lady-day-az

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həftə Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

“Qanunla.az” xarici KİV-ə  istinadən xəbər verir ki, liderlərin Zaporojye AES-dəki vəziyyəti və Ukrayna böhranını müzakirə edəcəyi gözlənilir.

“Ərdoğan Putinlə Lvovda Zelenski və BMT baş katibi Antonio Quterreşlə keçirdiyi danışıqların nəticələrini müzakirə etmək, habelə Rusiya liderindən Zaporojye AES-də vəziyyətin tənzimlənməsi üçün konkret tədbirlər görməyi xahiş etmək niyyətindədir. Türkiyə bu məsələdə öz vicdanlı vasitəçilik rolunu oynamaqda davam edir”,-  KİV qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki