image-qanunla-reklam
image-1671999063_2022-07-20t173901z_620957254_rc2sfv9nuag2_rtrmadp_3_ukraine-crisis-turkey-grains-pic_32ratio_900x600-900x600-54432

Ərdoğan Putinlə bu məsələdə razılığa gəldi

image-lady-day-az

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinin Qara dənizdəki taxıl dəhlizi vasitəsilə Afrika ölkələrinə ərzaq tədarükünə diqqət yetirmək təklifi ilə razılaşdığını bildirib.

“Qanunla.az” xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində məlumat verib .

Türkiyə prezidenti təəssüflə bildirib ki, Qərb  Ukraynadakı münaqişəyə “yalnız təxribatçı elementlər daxil edib” .

Türkiyənin 2022-ci ildə vasitəçi rolunu oynadığını və Qara dəniz taxıl dəhlizindən istifadə etdiyini qeyd edib.

“Cənab Putin dedi: “Gəlin Avropaya deyil, Afrikaya diqqət edək. Mən pulsuz taxıl göndərməyə hazıram”, – deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Ankara buna cavab olaraq göndərilən taxılın Türkiyə dəyirmanlarında emal edilərək una çevrilməsini və Afrika ölkələrinə göndərilməsini təklif edib.

O, həmçinin əlavə edib ki, Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı nəticəsində taxılın təxminən 44 faizi Avropa, 16 faizi Türkiyə, 14 faizi isə Afrika ölkələri əldə edib.

Bundan əvvəl Ərdoğan Türkiyə və Rusiyanın Rusiya gübrələrinin ixracına başlamaq üçün birgə addımlar atacağını bildirib .


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki