image-qanunla-reklam
image-1661236773_default

Ərdoğan Bəşər Əsədlə görüşə bilər

image-lady-day-az

Türkiyə və Suriya prezidentləri Rəcəb Ərdoğan və Bəşər Əsəd Özbəkistanda ŞƏT sessiyası çərçivəsində görüşə bilərlər.

“Qanunla.az” xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya prezidenti Vladimir Putin Ərdoğan və Əsədi sentyabrda keçiriləcək ŞƏT sammitində iştiraka dəvət edib.

Məlumata görə, Türkiyənin “Vətən” partiyasının lideri Doğu Perinçək siyasi-diplomatik heyətin tərkibində Suriyaya getməyə, orada Bəşər Əsədlə görüş və söhbətlər aparmağa hazırlaşır. Səfər zamanı Perinçeki bir sıra keçmiş nazirlər və türk diplomatiyasının veteranları müşayiət edəcək və səfərin hesabatı Türkiyə rəsmilərinə təqdim olunacaq. Əlaqələrin bərpası yolları, Suriyanın şimalında terrora qarşı birgə mübarizə və qaçqınların geri qaytarılması diqqət mərkəzində olacaq.

Görüş müsbət olarsa, ola bilsin ki, iki ölkə liderləri Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək sessiyası çərçivəsində görüşəcəklər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki