image-qanunla-reklam
image-1668147916_thumb

Əliyevdən Blinkenə: Danışıqlara baxmayaraq…

image-lady-day-az

Prezident İlham Əliyev Dövlət katibi Entoni Blinkenin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini daim diqqətdə saxlamasının və ABŞ-ın bu istiqamətdə göstərdiyi səylərin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 16-da ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib.

Bununla belə, dövlət başçısı qeyd edib ki, bu istiqamətdə göstərilən səylərə və aparılan danışıqlara baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən son günlərdə səsləndirilən ziddiyyətli bəyanatlar iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh gündəliyinin irəli aparılmasına mənfi təsir göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki