image-qanunla-reklam
image-1687981581_aliyar

Əliyar Ağayev İngiltərə – Almaniya oyununu idarə etdi

image-lady-day-az

Azərbaycanın FİFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatında İngiltərə – Almaniya matçını idarə edib.

“Qanunla.az” xəbər verir ki, C qrupunun 3-cü turu çərçivəsində, “Batumi Arena”da keçirilən görüş İngiltərənin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu oyunda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Akif Əmirəli kömək ediblər.

Qeyd edək ki, C qrupunda İngiltərə 9 xalla liderdir, Almaniya isə 1 xalla sonuncudur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki