image-qanunla-reklam
image-1666246541_elcezair-rusiya-ile-birge-telimler-kecirecek

Əlcəzair və Rusiya birgə hərbi təlim keçirir

image-lady-day-az

Əlcəzairin Müdafiə Nazirliyi Aralıq dənizində Rusiya ilə 4 günlük birgə hərbi təlimin başladığını açıqlayıb.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, “Rusiya donanmasına aid bir qrup döyüş gəmisi 2022-ci il ortaq dəniz təlimini keçirmək üçün Əlcəzair limanına yanaşdı”, – qeyd olunub.

Təlimin Əlcəzair Milli Xalq Ordusu Hərbi Dəniz Qüvvələri ilə Rusiya Hərbi Dəniz Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyi vurğulanaraq, birgə hərbi dəniz təliminin 4 gün davam edəcəyi bildirilib.

Bəyanatda təlimlə bağlı əlavə təfərrüatlar verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki