image-qanunla-reklam
image-1691645210_2052740-bf2e064c6b104149ab074d9ec4628cd1

Ekvadorda prezidentliyinə namizəd başından 3 dəfə VURULDU

image-lady-day-az

Ekvadorun paytaxtı Kiotoda prezidentliyə namizəd Fernando Villavicencio seçki mitinqindən sonra öldürülüb.

Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki,  naməlum şəxslər Fernandoya atəş açıblar. Nəticədə o, başından üç güllə yarası alaraq həyatını itirib.

Siyasətçinin ölümünü ölkə prezidenti Gilermo Lasso təsdiqləyib.

İnsident nəticəsində daha 8 nəfər yaralanıb. Onlardan 7-si xəstəxanaya yerləşdirilib. Polislər hücumda şübhəli bilinən şəxsin də öldüyünü açıqlayıb.

Son sorğulara görə, Villavicencio prezidentlik uğrunda mübarizədə qalib gəlmək üçün kifayət qədər səs toplaya bilməyib.

Ekvadorda seçkilər avqustun 20-də keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki