image-qanunla-reklam
image-312101011_677438533735928_1945153299699349703_n

Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var

image-lady-day-az

Azərbaycan-Gürcüstan əlaqələri dövlətlərin və xalqların yaxın qonşuluq və dostluq münasibətlərinin ən yaxşı nümunələrindən biridir. Sevindirici haldır ki, iki dövlət arasındakı əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanla Gürcüstanın qarşıqlı etimada və çoxşaxəli əməkdaşlığa söykənən münasibətləri regionda sülhün, əminamanlığın və təhlükəsizliyin təmin olunması üçün də əlverişli zəmin yaradır.

Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri ilə bağlı irəli sürülən təşəbbüs də maraq doğurur və yeni deyil. Azərbaycan hələ torpaqlarının işğal altında olduğu zaman kəsiyində dəfələrlə Ermənistanı təcavüzkar siyasətindən əl çəkməyə, Cənubi Qafqazı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunduğu bölgəyə çevirə biləcək əməkdaşlıq platformalarında iştirak etməyə dəvət edir. Mövcud şəraitdə isə qarşılıqlı əlaqələrin perspektivi Ermənistanın Azərbaycanın təklif etdiyi və beynəlxalq birlik tərəfindən tanınan təməl prinsiplər əsasında sülh müqaviləsi imzalamasından keçir.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən logistik layihələr, nəqliyyat dəhlizləri marşrutlarının diversifikasiyası ilə bağlı atılan strateji addımlar çağdaş  geosiyasi reallıqlar çərçivəsində öz əhəmiyyətini daha da artırıb. Hazırda dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Ölkəmizin uzun illərdən bəri həyata keçirdiyi çoxşaxəli nəqliyyat layihələri mövcud geosiyasi reallıqlar çərçivəsində həm Azərbaycanın, həm də Gürcüstanın tranzit imkanlarını və geostrateji əhəmiyyətini daha da artırmaq üçün əlverişli imkan yaradıb. Dünyada enerjiyə olan təlabatın artması Azərbaycanla Gürcüstanın mövqelərini daha da möhkəmləndirib və hər iki ölkənin vahid mövqedən çıxış etməklə öz maraqlarını təmin etmələri üçün zəmin formalaşdırıb.

Hər iki ölkə liderlərinin və xalqlarının iradəsinə söykənərək birlikdə daha böyük uğurlara imza atacaqlar, Qafqaz xalqlarının təhlükəsiz və firavan gələcəyini təmin edəcəklər.

 

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki