image-qanunla-reklam
image-134558545_518585022391765_3613668076195008178_n

Dünya azərbaycanlılarının həmrəylik günü

image-lady-day-az

Dünya azərbaycanlılarının həmrəylik günü

Şərəfli tariximizin şanlı səhifələrindən biri, milli birliyin, milli həmrəyliyin heç bir sərhəd, heç bir qorxu bilmədən birləşmə istəyi ilə coşub çağladığı, artıq illərdir  Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunduğu 31 Dekabr tarixidir. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən böyük sevinclə qeyd olunur. Bu bayram müxtəlif ölkələrdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, vətənə bağlılıq hisslərini özündə birləşdirir.

Son bir ildə sevincini və qürurunu hər gün yaşadığımız Böyük Zəfər hər bir kəsi birləşdirən milli birliyimizin nəticəsidir. Bir daha bütün dünya gördü ki, xalqımız ən ağır gündə birlik olub, həmrəy olub, yumruq olub bir nöqtəyə vura bilir. Vətən müharibəsindəki qələbə milli birliyimizin səbəbidir. Bu gün cənab Ali Baş Komandan İlham Əliyevin öz xalqının yanında olması, xalqın Ona sarsılmaz inamının, etimadının göstəricisidir.

Hazırda Azərbaycan dinamik şəkildə inkişaf etmiş, ərazi bütövlüyünü təmin etmiş, qalib bir ölkədir. Dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlı haqlı olaraq fəxr edir ki, onun müstəqil, milli maraqlarına və dəyərlərinə sadiq Azərbaycan adlı bir vətəni vardır.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki