image-qanunla-reklam
image-134558545_518585022391765_3613668076195008178_n

Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü

image-lady-day-az

Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümü

Dünyanın 70-dən yuxarı ölkəsinə səpələnən 50 milyondan çox azərbaycanlı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsinin və milli diasporumuzun formalaşdırılmasının əsasını qoyan, vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Ulu öndər Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi. Ulu öndər Heydər Əliyevin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub yaradanların daim xatırlanacağını göstərdi. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli iris tükənməz ibrət məktəbidir. Bu gün müasir Azərbaycan reallığı məhz Ulu öndər Heydər Əliyevin adı, siyasəti və fəaliyyəti ilə bağlıdır. Ulu öndər sözün əsl mənasında, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, dünya azərbaycanlılarının Ümummilli Lideridir. Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi və əbədiyaşar ideyaları isə xalqımızın tükənməz mənəvi sərvəti, milli tərəqqi yoludur.

Haqq, ədalət uğrunda apardığımız Vətən müharibəsi sayəsində arzularımızın, ümidlərimizin gerçəkləşdiyi müqəddəs məqama yetdik. Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi Zəfərmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan azərbaycanlıların düşmənin və anti-Azərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkirli təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimayyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərmizə layiqli töhfə olmuşdur.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki