image-qanunla-reklam
image-e8bfb9d1-4788-30eb-aa23-14f243d52d82

Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər

image-lady-day-az

Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər.

Yanvar ayının 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib. Ötən ili Azərbaycan idmanı üçün uğurlu il hesab edən Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, idman sahəsində də qarşıya qoyulmuş bütün vəzifələrin çox uğurla icra edildiyini qeyd edib. Dövlət başçısı qeyd edib ki,  keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr icra edildi, Azərbaycanın dinamik inkişafı təmin olundu. İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bütövlükdə son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir.”

Ötən il Azərbaycan idmançıları üçün uğurlu il oldu. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazandılar, onlardan 300-ə yaxını qızıl medaldır. Bu, təkcə idmançının özünün deyil, həm də təmsil etdiyi dövlətin – Azərbaycanımızın qüdrətidir. Dünyada rəqabət idman sahəsində də artır, bu və ya digər dövlət idmanda dünyanın diqqətini çəkən nailiyyətlər qazanır. Ona görə də idmanıın dinamik inkişaf etdirilməsi aktuallaşır. Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci yeri tutdu. Bu, tarixi qələbə idi. Türkiyənin Konya şəhərində keçirilən yarışda idmançılarımız 56 ölkə arasında 99 medalla 4-cü yerə layiq görüldülər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar”. Bu inam idmançılara inamdır, idmançıların böyük sevgilərlə tanıtdığı dövlətin nüfuzuna inamdır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki