image-qanunla-reklam
image-225043_8d1dbkhgcn

Dövlətin əsas qanunu

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqı üçün əvəzsiz şəxs idi. O, həqiqətən xalqını sevirdi və xalq bunu hiss edirdi. Hakimiyyətə ilk gələn andan xalqın rifahı və güclü dövlətin yaradılması üçün çalışmış, bunun üçün önəmli addımlar atmışdır.
1993-cü ildən 1995-ci ilə kimi olan dövrdə Ümummilli Lider Heydər Əliyev ölkədə siyasi sabitliyin bərpası, demokratik dövlət quruculuğu ilə bağlı şəraitin təmin edilməsi, xaosa son qoyulması və vətəndaş müharibəsinin qarşısının alınması, iqtisadiyyatın bərpası ilə bağlı addımların atılması, xarici investorların Azərbaycana cəlb edilməsi, bütün bu kimi vəzifələrin öhdəsindən gələ bildi. Dövlətin qarşısında duran bu əhəmiyyətli məsələləri həll etdikdən sonra heç şübhəsiz ki, siyasi sistemin ən mühüm elementi olan Konstitusiyanın qəbul edilməsi zərurəti ortaya çıxdı. Çünki bu dövlətin ana qanunudur. Bütün proseslər məhz onun əsasında tənzimlənməlidir. Bu reallıqdan çıxış edərək Ümummilli Lider Konstitusiya komissiyası yaratdı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Prosesi tam öz nəzarətində saxladı, ideyalarını verdi, istiqamətləri müəyyənləşdirdi. Nəticə etibarilə, 1995 ci il noyabrın 12-də Ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasi qəbul olundu. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi məqsədilə zəruri hüquqi islahatlar həyata keçirilib. 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq referendumlarında xalq haqlı olaraq hüquqi zəmində yenilikləri dəstəkləyib və dövlətin siyasi xəttinə fəal dəstəyini bildirib.
Bu sənəd müasir dövrümüzün ən təkmil Konstitusiyalarından biri sayılır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki