image-qanunla-reklam
image-1615376314_download

Dövlətin əsas qanunu

image-lady-day-az

Dövlətin əsas qanunu.

Konstitusiya  dövlətin ali qanunudur və ali hüquqi qüvvəyə malikdir. Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir. Vətəndaşlarının hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Müasir dövrdə hüquqi termin kimi işlədilən “konstitusiya” sözü dövlətin ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan ali qanunvericilik aktı mənasında işlədilir və bu akt şəxsiyyət, cəmiyyət və dövlətlə bağlı ən mühüm münasibətləri tənzimləməklə yanaşı, dövlətin konstitusion quruluşunu, xalq hakimiyyəti və dövlətin əsaslarını təsbit edir, eləcə də ölkənin iqtisadi, siyasi, sosial, hüquqi, ideoloji və əxlaqi xüsusiyyətlərini əks etdirir
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. İnsan hüquqları və azadlıqlarının təsbit olunması, təmin edilməsi və həyata keçirilməsi üçün şərait və hüquqi mexanizm yaradılması ilə əlaqədar məsələlər ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapır.
Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Hazırda Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsini şərtləndirir. Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi mühüm amillərə xidmət edir. İnsan hüquq və azadlıqların universallığı, toxunulmazlığı, pozulmazlığı və ayrılmazlığı bir prinsip kimi Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunur və hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Bütövlükdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi insan hüquq və azadlıqlarına dair beynəlxalq standartlara əsasən uyğundur və insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün təminatlı qanunvericilik bazası yaradır.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktoru-Səlim Zeynalov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki