image-qanunla-reklam
image-1682495805_dsc_0108-1

Dövlət Komitəsində kollegiya iclası keçirilib

image-lady-day-az

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 2023-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti kollegiya iclası keçirilib.

“Qanunla.az” xəbər verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirildiyi, doğma yurdlarına qayıdışa hazırlaşan həmvətənlərimizin təhlükəsizliyi üçün zəruri tədbirlər görüldüyü vurğulanıb. Qeyd olunub ki, dövlətimizin başçısının və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsinə diqqət və qayğısı onlarda dərin razılıq və minnətdarlıq hissi doğurur.  Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin vaxtında və yüksək səviyyədə icra edilməsi məcburi köçkünlərin geri dönüşünü sürətləndirəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki