Domodedovo hava limanı uçuşların gediş-gəlişini müvəqqəti məhdudlaşdırıb.
Qanunla.az TASS-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
“Hava Hərəkətinin İdarə Edilməsi üzrə Dövlət Korporasiyasının qərarına əsasən, uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin təmin edilməsi məqsədilə Moskvanın Domodedovo hava limanında saat 06:26-dan etibarən təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – mətbuat xidməti izah edib.
Daha əvvəl Müdafiə Nazirliyi Ukraynaya məxsus pilotsuz təyyarənin Moskva vilayətinin Ruzski rayonunda qəzaya uğradığını bildirmişdi. Vnukovo hava limanı da uçuşların gediş-gəlişini məhdudlaşdırıb.