image-qanunla-reklam
image-1670654921-whatsapp-image-2022-12-10-at-10-47-02-1

DİN və DSX birgə əməliyyat keçirdi – İran vətəndaşları saxlanıldı

image-lady-day-az

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-u gecə saat 22 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılmışlar.

DİN-in Mətbuat Xidmətindən Qanunla.az-a verilən məlumata görə, Onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki