image-qanunla-reklam
image-1663654437_1663396950-1640929671_qeza-modern

DİN Tərtərdəki qəza ilə bağlı məlumat yaydı

image-lady-day-az

Daxili İşlər Nazirliyi Tərtərdə baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən “Qanunla.az”a verilən xəbərə görə, oktyabrın 20-də saat 12 radələrində Tərtər şəhəri ərazisində Səhləbad kənd sakinləri P.Sabirzadənin idarə etdiyi “KİA” və T.Cabbarovun idarə etdiyi “Toyota Pirus” markalı avtomobillər toqquşub, sonradan “Toyota Pirus” markalı avtomobil yolun kənarında dayanmış rayon sakini R.Səmədova məxsus “Mercedes” markalı mikroavtobusa dəyib. Nəticədə T.Cabbarovun sərnişini Xəyal Rüstəmzadə hadisə yerində ölüb, avtomobillərdə olan 8 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki