image-qanunla-reklam
image-1683224872-1683224510_6453f670e40496453f670e404a16832241766453f670e40476453f670e4048

DİN-dən Yasamaldakı hadisə ilə bağlı AÇIQLAMA

image-lady-day-az

Paytaxtın Yasamal rayonunda küçə ticarəti ilə məşğul olan şəxs satışa çıxardığı qida məhsullarının polis tərəfindən dağıdıldığını iddia edərək internet TV kanallarından birinə müsahibə verib.

Bu barədə DİN-in mətbuat xidmətindən “Qanunla.az”a bildirilib ki, küçə ticarəti ilə məşğul olan Vüqar Əzizovun iddiaları şəxsi mülahizələrdir. O, əsasən hərəkətin sıx və intensiv olduğu küçədə, piyada yolunda qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib.

V.Əzizov bu əməlləri ilə hüquqazidd hərəkətlərini davam etdirərək satışa çıxardığı qida məhsullarını qəsdən dağıdıb.

Qeyd edilib ki, onunla dəfələrlə profilaktik iş aparılmasına və müvafiq icra hakimiyyəti əməkdaşları tərəfindən qanunla müəyyən olunan yerlərdə ticarət aparması təklif olunsa da imtina edib. Polis əməkdaşları tərəfindən onun qanunsuz əməllərinin qarşısı alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki