image-qanunla-reklam
image-cek-300x203

Deputatlar, biz prezidentə niyə inanırıq?

image-lady-day-az

Yüz minlərlə ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİ ümidlə saxlayan ailələr adından AR Prezidenti Cənab İlham Əliyevə və Deputatlara ŞİKAYƏT…

ƏZİZ DEPUTATLAR BİZİM MƏKTUBLAR CƏNAB PREZİDENTDƏN GİZLƏDİLİR. Sizdən çox xahiş edirik ki, məktubu öz adınızdan göndərib cavab almağa kömək edəsiniz. İnanırıq ki, yüz minlərlə ailənin haqqını bərpa etmək üçün öz vəzifə borcunuzu ləyaqətlə yerinə yetirəcəksiniz.

AR Prezidenti Cənab İlham Əliyevə…

Cənab Prezident!

Əvvəlcədən Sizdən çox xahiş edirik ki, bizim müraciətimizə baxılması üçün Əmlak Komitəsinə göndərməyəsiniz və PA hüquqşünasları, AR Konstitusiya Məhkəməsi tərəfindən araşdırılmasına göstəriş verəsiniz. Çünki bu problem hüquqi problemdir və bəzi hüquqşünasların səhvləri nəticəsində yaranmış, Konstitusiya və Qanunların pozulması ilə dövlətçiliyimizə qarşı cinayətdir.

Cənab Prezident!

“Legalaz” MMC hüquq fimrasının özəlləşdirmə çeklərini satmayan ailələr adından Sizə göndərdiyi və Prezident Administrasiyasında 11 avqust 2018-ci il tarixdə 16226 qeydiyyat nömrəli şikayət məktubuna cavab olaraq Dövlət Əmlak Komitəsi məmurları CİNAYƏT edərək bir emitent kimi SİZİN 2004-cü ildə verdiyiniz 11 iyun 75 nömrəli Fərmanın 1.2 bəndi ilə “Özəlləşdirmə Çekləri dövriyyədən çıxarılıb” və adi kağız parçası olduğunu yazmışdır. Konstitusiya və qanunlara zidd olaraq kompensasiya ödəmədən fərmanla özəlləşdirmə çeklərinin dövriyyədən çıxarılması cinayət tərkibli cox kobud hüquqi səhvdir.

Konstitusiya hüququ və mülki hüquq üzrə Konstitusiya Məhkəməsinin ekspertləri, BDU-nun Hüquq fakültəsinin çoxsaylı hüquqşünas alimlərinin özəlləşdirmə çekləri barədə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi üzə çıxardığı və Dövlət Ali Attestasiya Komissiyasının nəzarətində olan “QANUN” jurnalında çap etdirdikləri 4 məqalədə təsdiq olunmuş və ətraflı yazılmış bu HÜQUQİ SƏHVLƏR məmurlar tərəfindən Sizdən gizlədilir.

Xahiş edirik ki, Konstitusiya Məhkəməsinə bu Konstitusiya pozuntularının araşdırılması barədə göstəriş verəsiniz. Bütün FAKTLAR aşağıdakı linkdədir:

https://www.facebook.com/groups/668471343515846/posts/1577668382596133

Cənab Prezident!

Kimlərinsə bəzi hüquqşünasların səhvləri nəticəsində yaranmış, Konstitusiya və Qanunların pozulması ilə dövlətçiliyimizə ZİDD olan hüquqi səhvlərin və düzgün məlumatların Sizdən gizlətməsi faktı, Sizin və ailənizin şərəf və ləyaqətini ləkələmək istəyənlərin əməlidir. Dövlətçiliyimizə və Sizə qarşı təxribatdır!

Çünki bu, sizin atanız Ulu Öndər Heydər Əliyevin xalqa vədidir!

Çünki bizim Miras Əmlak Payımızı – mülkiyyət hüququmuzu təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri Qanunla verilib və Fərmanla kompensasiya ödənilmədən dövriyyədən çıxarılması korrupsiya cinayətidir!

Çünki Siz demokratik ölkənin rəhbərisiniz!

Çünki bu səhvlər nəticəsində Ulu Öndərin imzaladığı Konstitusiya və Qanunlar kobud şəkildə pozulub!

Çünki beynəlxalq hüquq və insan haqları pozulub!

Çünki haqq-ədalət , “Quran” ayələri pozulub. Siz haram və halallıq bilən müsəlmansınız!

Çünki Siz adət və ənənələrimizi bilən, mənəviyyatımızı gözləyən qeyrətli bir kişisiniz!

Çünki faşist erməni düşmənləri üzərində qələbə çalan Müzəffər Ali Baş Komandan kimi sizin daxildəki xalq düşmənləri üzərində də qələbə çalacağınıza inanırıq!

Çünki inanırıq ki, Siz tam məlumatlı olsanız tarixi sosial-ədalət o gün də bərpa olar!

Sizdən çox xahiş edirik ki, tarixi ədaləti bərpa edəsiniz. Ulu Öndər Heydər Əliyevin qanunla xalqa vəd etdiyi halal miras əmlak payımıza – haqqımıza və hüququmuza atanızın 100 illik yubileyinə qədər sahib olmağımıza şərait yaradıb bizi sevindirəsiniz. Bildiyiniz kimi, heç bir fərman Ulu Öndər Heydər Əliyevin imzaladığı Konstitusiya və qanunları poza bilməz!

Çox xahiş edirik ki, bir sualımıza cavab verəsiniz. Qanunla bu gün dövriyyədə olan, ancaq Konstitusiya və qanunlara zidd olaraq kompensasiya ödənmədən fərmanla tədavülü başa çatmış özəlləşdirmə çeklərinin inflyasiyadan qorunan əmlak ekvalentinin nominal qiyməti qoyularaq yenidən tədavülə qaytarılması və ya kompensasiya edilməsi nə vaxt olacaq?

Hörmətlə, ÖZƏLLƏŞDİRMƏ ÇEKLƏRİNİ ÜMİDLƏ SAXLAYANLAR


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki