image-qanunla-reklam
image-denis_pushilin

Denis Puşilin qaçdı, Donetsk separatçıları təşviş içərisində

image-lady-day-az

Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı fonunda qondarma “dxr”in rəhbəri Denis Puşilin Donetskdən qaçıb.

Qanunla.Az xəbər verir ki, bu haqda Ukrayna kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, böyük ehtimalla işğal administrasiyasının “rəhbəri” Rusiya ərazisindədir.

Bundan əvvəl məlumat daxil olub ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhədə əks-hücuma keçməsi səbəbindən “dxr”dəki yaraqlılar çaxnaşmaya düşüb. Səbəblərdən biri də səfərbər oluna biləcək kişilərin olmamasıdır. Qondarma “respublika”dan hərbi yaşda olan insanların böyük əksəriyyətinin Ukraynaya qarşı müharibəyə göndərildiyi, nəticədə isə “dxr”in lideri Denis Puşilinin Donetskdən qaçmaq qərarına gəldiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki