image-qanunla-reklam
image-1674416301_63cd8ab559ce563cd8ab559ce6167441477363cd8ab559ce363cd8ab559ce4

Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək

image-lady-day-az

Yanvarın 24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Nazirlər Şurasının 26-cı iclası keçiriləcək.

“Qanunla.az” xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin xarici işlər nazirləri, eləcə də İƏT-in Baş Katibi Xusrav Noziri iştirak edəcəkdir.

Qeyd edək ki, 2023-cü ildən İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçir.

Azərbaycanın 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi çərçivəsində təşkilatın Daimi Nümayəndələr Şurasının bu il üzrə ilk iclası 11 yanvar 2023-cü ildə Tehranda keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki