image-qanunla-reklam
image-dc50d0544298e9d54f38a37632bced46

“Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb

image-lady-day-az

Qarabağın əhalisini XIX əsrin əvvəllərinə qədər azərbaycanlılar təşkil etmişdir. 1820-ci ildən başlayaraq ermənilər Azərbaycana, xüsusilə bu bölgəyə kütləvi şəkildə köçürülmüşdür. 1923-cü ildə Sovet hakimiyyəti dövründə Qarabağ bölgəsində “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaradılmışdı. Bu Sovet hakimiyyətinin o dövrki ermənipərəst rəhbərlərinin həmin bölgədə erməni əhalisinin olmasını əsas gətirərək Azərbaycan xalaqına qarşı həyata keçirdiyi məkirli siyasətinin nəticəsidir.  Özü də bu addım həmin hissədə – Dağlıq Qarabağda yaşayan azərbaycanlıların rəyi nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı. 1980-ci illərin sonlarında Qarabağı Azərbaycandan ayırmağı qarşılarına məqsəd qoymuş erməni “ideoloqları” və onların himayəçiləri bunu açıq-aşkar etməyə başladılar. 1991-ci il oktyabrın 18-də Azərbaycan SSRİ Ali Sovetində “Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.  Qarabağın erməni separatçıları da yaranmış vəziyyətdən istifadə edərək separatçı siyasi təşkilatlanmanı davam etdirirdilər. Onlar 1991-ci ilin sentyabrında “Dağlıq Qarabağ respublikası” adlanan oyuncaq qurumun yaradıldığını elan etdilər. Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu “müstəqillik” indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmayıb.

Nəhayət ki, Azərbaycan xalqı, Azərbaycan dövləti 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etməklə haqq savaşında Zəfər çaldı. İşğalçı erməni faşistləri torpaqlarımızdan qovuldu. Düşmənin növbəti təxribatlarına qarşı başlanan Qurtuluş savaşı Müzəffər Ali Baş Komandanın sərkərdəliyi, müdrik, uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı, qətiyyətli addımları və şanlı ordumuzun gücü sayəsində Böyük Zəfərlə başa çatdı. Xalqımız qalibiyyət bayrağını başı üzərində dalğalandırdı. Azərbaycanımızın ərazi bütövlüyü təmin olundu.  Belə ki, iyulun 7-də ölkə rəhbərinin imzaladığı Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı və bununla saxta erməni iddialarına bir daha son qoyuldu.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki