image-qanunla-reklam
image-whatsapp-image-2021-07-29-at-07-31-18

Cüdoçumuz Çempionlar Liqasında iştirak edə bilməyəcək – SƏBƏB

image-lady-day-az

 

Azərbaycan cüdoçusu Zelim Kotsoyev bu gün Fransanın paytaxtı Parisdə start götürəcək Çempionlar Liqasında mübarizə apara bilməyəcək.

Bu barədə  Azərbaycan Cüdo Federasiyasının yeni baş katibi Rəşad Rəsullu məlumat verib.

Onun sözlərinə görə, osetin əsilli üçqat Avropa mükafatçısı zədə səbəbindən Parisə getməyib. O hazırda bərpa məşqi keçir.

Qeyd edək ki, bu gün Çempionlar Liqasında Azərbaycanın 3 cüdoçusu – Orxan Səfərov (-66 kq), Rüstəm Orucov (-73 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq. O.Səfərov və U.Kokauri Yunanıstanın “Aris”, R.Orucov Serbiyanın “Srvena Zvezda” klubunun üzvü kimi yarışacaq.

Bu gün həm də Çexiyanın paytaxtı Praqada Avropa Liqası turniri keçiriləcək. Azərbaycanı burada Hidayət Heydərov (-73 kq) və Zaur Dünyamalıyev (-90 kq) təmsil edəcək. Hidayət Moskva “Lokomotiv”inin üzvü kimi yarışacaq, Zaur isə Ukrayna klublarından birinin tərkibində mübarizə aparacaq.

Qeyd edək ki, bu yarışlarda Azərbaycandan heç bir komanda iştirak etmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki