image-qanunla-reklam
image-1687843906_bicaq

Coratda 16 yaşlı oğlan anasını öldürdü, qardaşına xəsarət yetirdi

image-lady-day-az

Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xəsarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.

Bu barədə Qanunla.az-a Sumqayıt şəhər prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Daxili İşlər Nazirliyindən bildirilib ki, polis əməkdaşları anasını kəsici alətlə qətlə, qardaşına xəsarət yetirməkdə şübhəli bilinən 2007-ci təvəllüdlü Zülfüqarlı Əlfüqar Mahir oğlu saxlanılaraq istintaqa təhvil verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki