image-qanunla-reklam
image-1670830749_screenshot_7-1669803038

Çinin keçmiş liderinin külü dənizə töküldü

image-lady-day-az

Noyabrın 30-da Çində dünyasını dəyişən keçmiş prezident Tsyan Tszemin  külü Yanzı çayının mənsəbindən Şərqi Çin dənizinə atılıb. 

Qanunla.az “Sinxua” agentliyinə  istinadən xəbər verir ki, keçmiş liderin külü onun vəsiyyəti və ailəsinin istəyi ilə Şanxay şəhərində çayın dənizlə qovşağında dənizə səpələnib.

Qeyd edək ki,  Tsemin  noyabrın 30-da Şanxayda leykemiya və çoxlu orqan çatışmazlığından 96 yaşında vəfat edib. Onun cəsədi noyabrın 5-də Pekindəki Babaoşan İnqilabi Qəbiristanlığının krematoriumunda kremasiya edilib.

Noyabrın 6-da paytaxtın Böyük Yığıncaq Salonunda keçmiş Çin liderinin anım mərasimi keçirilib.

Soyuq Müharibə bitdikdən sonra Çinin dünya iqtisadiyyatına inteqrasiya etməyə başladığı dövrün lideri kimi yadda qalan Tsyan 1980-ci illərin sonundan 2000-ci illərin əvvəllərinə qədər Kommunist Partiyasının Baş Katibi və Dövlət Başçısı kimi ölkəni idarə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki