image-qanunla-reklam
image-1693213369_879862

Çin koronavirus testi tələbini ləğv etdi

image-lady-day-az

Çin avqustun 30-dan ölkəyə daxil olmamışdan əvvəl COVID-19 üçün PCR test tələbini dayandırır.

“Qanunla.az” TASS-a istinadən xəbər verir ki, bunu brifinqdə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.

“Avqustun 30-dan etibarən Çinə daxil olanların COVID-19 üçün ilkin PCR testindən və ya antigen testindən keçməsinə ehtiyac yoxdur”, – deyə o bildirib.

Bundan əvvəl Çin hakimiyyəti ölkəyə daxil olarkən anti-COVID nəzarəti prosedurlarını sadələşdirmişdi. Aprelin 29-dan ölkəyə yola düşməzdən əvvəl 48 saat ərzində keçirilmiş antikor testinin nəticəsini təqdim etmək kifayət idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki