image-qanunla-reklam
image-c9281af9-efe7-34b1-91bb-0ffba0ba1936_850

Çempionlar Liqası: “Atletiko” 1/8 finalda, “Milan” avrokuboklarla vidalaşıb

image-lady-day-az

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu – VI turun daha 6 oyunu keçirilib.

“Report”un məlumatına görə, B qrupunda 1/8 finala yüksəlməsi dəqiqləşən İngiltərə “Liverpul”u İtaliyada “Milan” üzərində əzmkar qələbə qazanıb. Qrupun digər oyununda Portuqaliya “Portu”su evdə İspaniyanın “Atletiko” (Madrid) klubuna uduzub. Bu nəticələrdən sonra Madrid klubu növbəti mərhələyə, Porto şəhərinin eyniadlı təmsilçisi Avropa Liqasının pley-offuna vəsiqə qazanıb. “Milan” isə avrokuboklarla vidalaşıb.

C qrupunda Türkiyə “Beşiktaş”ı Almaniyada Dortmund “Borussiya”sına böyük hesabla uduzub. Digər görüşdə isə qrup qalibi olan Niderland “Ayaks”ı Portuqaliya “Sportinq”ini üstələyib.

D qrupunda İspaniya “Real Madrid”i doğma meydanda İtaliya “İnter”i ilə 1-ci yer uğrunda mübarizə aparıb. Rəqibini məğlub edən “kral klubu” 1/8 finala qrup lideri kimi adlayıb. Qrupun digər oyununda Avropa Liqasının pley-offunda iştirakı rəsmiləşən Moldova “Şerif”i Ukraynada Donetsk “Şaxtyor”u ilə heç-heçə edib.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

A qrupu

21:45. PSJ (Fransa) – “Brügge” (Belçika) – 4:1

Qollar: Kilian Mbappe, 2; 7. Lionel Messi, 38; 76 (pen.) – Mats Rits, 68

21:45. “Leyptsiq” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 2:1

Qollar: Dominik Soboslai, 24. Andre Silva, 71 – Riyad Mahrez, 71

Qırmızı vərəqə: Kayl Uoker, 83 (“Mançester Siti”)

Xal durumu: “Mançester Siti” – 12, PSJ – 11, “Leyptsiq” – 7, “Brügge” – 4.

B qrupu

00:00. “Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) – 1:2

Qollar: Fikayo Tomori, 29 – Məhəmməd Salah, 36. Divok Origi, 55

00:00. “Portu” (Portuqaliya) – “Atletiko” (Madrid, İspaniya) – 1:3

Qollar: Serjiu Oliveyra, 90+6 (pen.) – Antuan Qrizmann, 56. Anxel Korrea, 90. Rodriqo De Paul, 90+2

Qırmızı vərəqə: Yannik Karrasko, 67 (“Atletiko”), Vendell Borjes, 70. Aqustin Marçesin, 75 (hər ikisi “Portu”)

Xal durumu: “Liverpul” – 18, “Atletiko” – 7“Portu” – 5, “Milan” – 4.

C qrupu

00:00. “Borussiya” (Dortmund, Almaniya) – “Beşiktaş” (Türkiyə) – 5:0

Qollar: Doniyell Malen, 29. Marko Roys, 45+2 (pen.); 53. Erlinq Holann, 68; 81

FUTBOL

388
8 Dekabr , 2021 1:54

Çempionlar Liqası: “Atletiko” 1/8 finalda, “Milan” avrokuboklarla vidalaşıb

Çempionlar Liqası: Atletiko 1/8 finalda, Milan avrokuboklarla vidalaşıb

Qırmızı vərəqə: Velinton, 43 (“Beşiktaş”)

00:00. “Ayaks” (Niderland) – “Sportinq” (Portuqaliya) – 4:2

Qollar: Sebastyen Allye, 8 (pen.). Antoni, 42. David Neres, 58. Stiven Bergeys, 62 – Nunu Santuş, 22. Bruno Tabata, 78

Xal durumu: “Ayaks” – 18, “Sportinq” – 9, “Borussiya” – 9, “Beşiktaş” – 0.

D qrupu

00:00. “Real Madrid” (İspaniya) – “İnter” (İtaliya) – 2:0

Qollar: Toni Kroos, 17. Marko Asensio, 79

Qırmızı vərəqə: Nikola Barella, 64 (“İnter”)

00:00. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Şerif” (Moldova) – 1:1

Qollar: Fernando, 42 – Boban Nikolov, 90+3

Xal durumu: “Real Madrid” – 15, “İnter” – 10, “Şerif” – 7, “Şaxtyor” – 2.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki