image-qanunla-reklam
image-1657960814_xalidu

“Çelsi”dən 40 milyon avroluq transfer

image-lady-day-az

“Çelsi” klubu yay “transfer pəncərə”sində heyətini yeni futbolçu ilə gücləndirib.

Qanunla.az” klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi “Napoli”nin mərkəz müdafiəçisi Xalidu Kulibalini transfer edib. Seneqal millisinin üzvü ilə 4 illik sözləşmə imzalanıb. İngiltərə mətbuatında çıxan xəbərlərə görə, “zadəgan”lar keçid üçün qarşı tərəfə 40 milyon avro ödəyəcək.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2014-cü ildən Neapol təmsilçisində oynayırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki