image-qanunla-reklam
image-1667281413_62_main-v1667278261

“Çeçenistanda səfərbərlik davam edir” – Kadırov

image-lady-day-az

Çeçenistan rəhbəri Ramzan Kadırov SOBR “Axmat” xüsusi təyinatlı dəstəsinin əsgərləri ilə görüşdə səfərbərlik tədbirlərinin davam etdirildiyini açıqlayıb.

Qanunla.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Bundan əvvəl Kadırov Ukraynaya qarşı müharibəyə 300-400 min nəfər, yəni əhalinin dörddə birinə yaxın çeçeni göndərməyi təklif etmişdi.Sentyabrın 22-də Kadırov Çeçenistanda səfərbərliyin baş tutmayacağını bəyan edib. O, bunu Ukraynadakı müharibə zamanı Çeçenistanın artıq “planı artıqlaması ilə yerinə yetirməsi” ilə izah edib.

Oktyabrın 28-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu səfərbərlik tədbirlərinin başa çatması barədə prezident Vladimir Putinə məruzə edib. O bildirib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin sıralarına 300 min nəfər çağırılıb. Hazırda bu məlumatın digər mənbələrdən təsdiqi yoxdur. Şoyqu onu da bildirib ki, əlavə hərbi çağırış planlaşdırılmır. Onun sözlərinə görə, qoşunlar podratçılar və “könüllülər” hesabına təchiz olunacaq.

Səfərbərliyin başa çatması haqqında fərmanı yalnız Rusiya prezidenti imzalaya bilər. Bu günə qədər belə bir sənəd Kremlin saytında dərc olunmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki