image-qanunla-reklam
image-1650279271_8487399

“Cəbrayıl” və fanatlarının Mingəçevir şousu

image-lady-day-az

Futbol üzrə Region Liqasında 1/4 finalın ilk oyunları keçirilib.

Qanunla.Az xəbər verir ki, maraqlı görüşlərdən birində “Energetik” – “Cəbrayıl”ı qəbul edib.

Mingəçevir şəhər stadionunda 4000-dən çox azarkeşin izlədiyi oyunda meydan sahiblərinin imkanlarını yüksək qiymətləndirənlər yanılıblar. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Cəbrayıl”ın 2-1 hesablı qələbəsi ilə nəticələnib.

“Energetik” – “Cəbrayıl” görüşü meydandakı gərgin mübarizə ilə yanaşı, tribunalardakı maraqlı anlarla da yadda qalıb. Qonaq komandanın azarkeş qrupunun fəallığı isə mənzərəyə xüsusi rəng qatıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki