image-qanunla-reklam
image-1669784406_zelenski-cebhe-xettine-gedir

“Cəbhədə vəziyyət ağırdır” – Zelenski

image-lady-day-az

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun Ukraynanın Donetsk cəbhəsində ağır itkilər verməkdə davam etdiyini iddia edərək, “cəbhədə vəziyyətin ağır olduğunu” deyib.

“Qanunla.az” xəbər verir ki, Zekenski gecə saatlarında “Telegram” hesabında paylaşdığı videoda ​​Rusiya-Ukrayna müharibəsinin davam etdiyini xatırladıb.

Rusiya ordusunun Donetsk cəbhəsində irəliləmək üçün böyük itkilər verdiyini iddia edən Zelenski Ukrayna qüvvələrinin rus qoşunlarının burada irəliləməsinə imkan vermədiyini qeyd edib.

Zelenski bəyan edib ki, Rusiya qüvvələri Luqansk vilayətində nəzarət etdikləri yaşayış məntəqələrini “ələ keçirməyə”, Xarkov vilayətində və Ukraynanın cənubunda irəliləməyə çalışırlar.

Rusiyanın Ukraynada müharibəyə başlaması ilə cinayət törətdiyini deyən Zelenski Rusiyanın yüksək səviyyəli siyasi və hərbi rəsmilərinin mühakimə olunması üçün çox çalışdıqlarını bildirib.

“Biz artıq Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlıq qurmuşuq və bu əməkdaşlığı artıracağıq. Təəssüf ki, hazırkı beynəlxalq hüquqi sənədlər ədalət mühakiməsi üçün (Ukrayna müharibəsi məsələsində) kifayət deyil”, – deyə o, ifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki