image-qanunla-reklam
image-1660984108-busquets

Buskets “Barsa”dakı 14 illik karyerasına son qoyur

image-lady-day-az

İspaniya millisinin futbolçusu Serxio Buskets cari mövsümün sonunda “Barselona”nı tərk edəcək.

“Qanunla.az” COPE-yə istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi məvacibi ilə bağlı güzəştə getməyə razılaşmayıb.

Bu səbəbdən təcrübəli oyunçu gələn yay başa çatacaq müqaviləsini yeniləməyəcək. O, yığmadakı karyerasını da başa vura bilər.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Serxio Buskets bu əsas komandada 681 oyuna 18 qol vurub, 43 məhsuldar ötürmə edib. O, Kataloniya təmsilçisi ilə 8 dəfə İspaniya La Liqasını və Super Liqasını qazanıb, 7 dəfə ölkə kubokunun qalibi olub. Həmçinin, 3 dəfə UEFA Çempionlar Liqasında və Superkubokunda, eyni zamanda, klublararası dünya çempionatında qələbə sevinci yaşayıb.

Xatırladaq ki, Serxio Buskets 2008-ci ildən etibarən “Barselona”nın şərəfini qoruyur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki