image-qanunla-reklam
image-1659604164-yol-polis

Bu yoldan istifadə etməyin – DYP-dən sürücülərə müraciət

image-lady-day-az

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

İdarədən “Qanunla.az”a daxil olan müraciətdə deyilir:

“Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən “Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin birinci mərhələsi artıq geridə qalıb.

Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki