image-qanunla-reklam
image-1668062041_1658933968_1657082129_1649763306_baydenuska

“Bu, ukraynalılardan asılıdır” – Bayden

image-lady-day-az

“Ukrayna ilə bağlı heç bir məsələ Ukraynanın iştirakı olmadan həll olunmayacaq”. 

Qanunla.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden mətbuat konfransındakı çıxışında deyib.

O, Ukrayna hökumətinin Rusiya ilə güzəştə gedə biləcəyi sualına “Bu, ukraynalılardan asılıdır…Nə edəcəklərini bilmirəm. Amma mən bir şeyi bilirəm: biz onlara nə edəcəyini deməyəcəyik”- deyə cavab verib.

Onun sözlərinə görə, rus qoşunları Xersonu tərk etdikdən sonra hər iki tərəf qış dövründə nə edəcəyini və güzəştə gedib-getməməyi qərara alacaq.

Həmçinin, Bayden İndoneziyada G20 liderləri ilə Rusiya müharibəsini müzakirə etmək niyyətində olduğunu bildirib:

“Mən G20-yə gedəcəyəm. Mənə dedilər ki, prezident Putinin orada olma ehtimalı azdır, lakin digər dünya liderləri olacaq… Və bizim növbəti addımların nə ola biləcəyini görmək imkanımız olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki