image-qanunla-reklam
image-images

Bu tarixdə Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək

image-lady-day-az

Fevralın 3-də Kiyevdə 24-cü Ukrayna-Avropa İttifaqı sammiti keçiriləcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb. Məlumatda bildirilir ki,  Ukrayna prezidentli Volodimir Zelenski Avropa Komissiyasının prezidernti  Ursula fon der Leyenlə telefonla söhbətində  Kiyevdə keçiriləcək növbəti Ukrayna-Avropa İttifaqı sammitinin gözlənilən nəticələrini müzakirə ediblər və hazırlıq işlərini gücləndirmək barədə razılığa gəliblər.

Qeyd olunub ki, Zelenski və fon der Leyen yeni ildə Ukrayna və Aİ arasında əməkdaşlığın dinamikasını dəstəkləmək barədə razılığa gəliblər.

Zelenski, həmçinin Avropa Komissiyasının rəhbərinə döyüş meydanındakı vəziyyət, Rusiyanın mütəmadi raket və pilotsuz təyyarələrinin Ukrayna dövlətinin mülki infrastrukturuna hücumlarının nəticələri barədə məlumat verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki