image-qanunla-reklam
image-1667193261_burkina-faso-aa-1522877_2

Bu ölkədə terror aktında 13 əsgər həlak oldu

image-lady-day-az

Burkina-Fasoda silahlı qrup Qurma əyalətinin Natiaboani şəhərində hərbi karvana hücum edib.

Qanunla.az xarici  KİV-ə  istinadən xəbər verir  ki,  hadisə nəticəsində 13 əsgər həlak olub, çoxlu sayda hərbçi yaralanıb.

Bildirək ki, Burkina-Fasoda hərbçilər ölkədəki təhlükəsizlik vəziyyətini əsas gətirərək sentyabrın 30-da hakimiyyəti ələ keçirib.

Qonşu Malidəki Əl -Qaidə və İŞİD-ə bağlı terror qrupları 2015-ci ildən bəri Burkina-Fasonun şimalında və şərqində tez-tez hücumlar həyata keçirir.

Hökumətin məlumatlarına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına kimi hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki