image-qanunla-reklam
image-1693029537_tabak_alcohol_260120

Bu ölkədə 21 yaşdan kiçik şəxslərə tütün və alkoqolun satışı qadağan edildi

image-lady-day-az

Özbəkistanda 21 yaşdan kiçik şəxslərə tütün və alkoqollu məmulatların satışına qadağa qoyulub.

“Qanunla.az” Özbəkistan KİV-nə istinadən xəbər verir ki, müvafiq qanunu mayın 25-də respublika prezidenti Şavkat Mirziyoyev imzalayıb.

Sənədin preambulasında bildirilir ki, qanun vətəndaşların, xüsusilə də yaşı 21-dən az olan şəxslərin sağlamlığının alkoqol və tütün məmulatlarının istifadəsinin zərərli təsirlərindən, bununla bağlı sosial və digər neqativ nəticələrdən qorunmasına yönəlib. Bundan əlavə, qanun bu məhsulların mağazalardakı özünəxidmət rəflərindən, stasionar obyektlərdən kənarda, elektron ticarət vasitəsilə satışını qadağan edir.

Prezidentin imzaladığı sənəddə siqaret çəkilməsi qadağan olunan ictimai yerlərin siyahısı da genişləndirilib. O cümlədən, qadağa ticarət və xidmət obyektlərinə, eləcə də kütləvi istirahət üçün nəzərdə tutulmuş istənilən qapalı tikililərə şamil edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki