image-qanunla-reklam
image-1669103430_28864_cover

Bu ölkədə 12 nəfərin başı qılıncla kəsildi

image-lady-day-az

Səudiyyə Ərəbistanının son iki həftədə 12 nəfərin başını qılıncla kəsərək edam etdiyi bildirilir.

Qanunla.az  xarici KİV-ə istinadən xəbər verir ki, edam edilən şəxslər narkotik maddələrə görə ölüm cəzası alıblar.

İnsan haqları təşkilatı “Reprieve” Səudiyyə rəhbərliyinin dünyanın Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına diqqət mərkəzində olmasından istifadə edərək edamları həyata keçirdiyini bildirib.

Buna cavab olaraq Ər-Riyad ötən il söz vermişdi ki, zorakılıq olmayan cinayətlərə görə ölüm hökmü tətbiq edilməyəcək.

Bildirilir ki, bu il ölkədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə xeyli çoxdur. Mart ayında Səudiyyə Ərəbistanı bir gündə 81 nəfəri edam etməklə gündəm yaratmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki