image-qanunla-reklam
image-1654156812-thumbs_b_c_98ab67583aec616a7fb1203d65879339

Bu ölkə “Taliban”la danışıqlara başladı

image-lady-day-az

Hindistan xarici işlər nazirliyinin rəsmiləri hakim “Taliban” hərəkatının yüksək rütbəli üzvləri ilə danışıqlar aparmaq üçün Əfqanıstanın paytaxtı Kabilə gedib.

“Qanunla.az” xəbər verir ki, bu barədə “Reuters” Hindistan XİN-ə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, ABŞ-ın keçən il xaotik şəkildə geri çəkilməsindən sonra ilk belə görüşdür: “Yaraqlıların hakimiyyəti ələ keçirməsindən sonra qarşıdurmaların yaşandığı ölkədə yoxsulluq və aclıq sürətlə artıb. Hindistan “Taliban”ın yüksək rütbəli üzvləri ilə görüşəcək və Hindistanın Əfqanıstan xalqına humanitar yardımı ilə bağlı müzakirələr aparacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki