image-qanunla-reklam
image-1681109603_5bf7c0598d39d_trend_snow_lerik_041215_01

Bu həftə dağlıq ərazilərə qar yağacaq

image-lady-day-az

Bu həftə ərzində Azərbaycanın rayonlarında hava şəraitinin dəyişkən, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə “Qanunla.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, birinci proses aprelin 10-dan 12-si səhərədək, ikinci proses isə 13-dən 14-ü gündüzədək davam edəcək. Əsasən şimal və qərb rayonlarında yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda sürəti aprelin 10-da 15-18 metr/saniyə olacaq, aprelin 13-də isə arabir saniyədə 20-25 metrədək güclənəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki