image-qanunla-reklam
image-1660803659_zelenski-erdoagn

Bu gün Lvovda Ərdoğanla Zelenski arasında görüş olacaq

image-lady-day-az

Bu gün, avqustun 18-də Ukrayna prezidenti Volodimir Zelenski Lvovda Türkiyə prezidenti Rəcəb Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcək.

“Qanunla.az” xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

“Quterreş hazırda Lvovdadır. Ərdoğan bir günlük səfər üçün isə bu gün gələcək. Türkiyə tərəfi bildirib ki, danışıqların mövzularından biri Rusiya Federasiyası ilə Ukrayna arasında müharibənin diplomatik yolla həlli perspektivləri olacaq”, – deyə KİV qeyd edib.

Məlumata görə, Ərdoğan və Zelenski ikitərəfli görüş keçirəcəklər, bu görüşdə Ukrayna və Türkiyə arasında “münasibətlərin bütün aspektləri müzakirə olunacaq”, daha sonra isə BMT-nin baş katibi Antonio Quterreşin iştirakı ilə geniş tərkibdə sammit keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki