image-qanunla-reklam
image-310043150_658799682266480_5809699068156461470_n

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər 

image-lady-day-az

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər 

Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib.
İki  ölkə arasındakı enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edib. Amma indiki şəraitdə bu əhəmiyyət daha da artıb. Azərbaycan qazı artıq Bolqarıstandadır və Bolqarıstana ixrac ediləcək. Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Eyni zamanda Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq. Öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq. Həmçinin  cari ildə Azərbaycanla Bolqarıstan arasında tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəmin daha da böyük olması üçün Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gəlib. Eyni zamanda Bolqarıstan şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacağı da gözləniləndir.

Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.

Azərbaycan prezidentinin Bolqarıstana bu son rəsmi səfəri gələcəkdə iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək. Bu səfərdə cənab Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti və Bolqarıstanın digər yüksək səviyyəli dövlət nümayəndələri ilə görüşləri keçirilməklə yanaşı Qaz İnterkonnektorunun açılış tədbirinə gəlmiş bir sıra ölkələrin hökumət və dövlət başçıları ilə, eyni zamanda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə də çox faydalı görüşlər keçiribdir.

Ümumiyyətlə  fəxrlə deməliyik ki, bu səfər hədsiz dərəcədə önəmli olmaqla, mərasimdə iştirak edən ölkələrin rəhbərlərinin ölkəmizə və liderimizə qarşı çox yüksək münasibət və mühüm strateji mövqelərin şahidi olduq.

 

Könül Rəhimova

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki