image-qanunla-reklam
image-1693200488_default-1

Bu dəfə də qadınlara parka getmək qadağan edildi

image-lady-day-az

“Taliban” qadınların Əfqanıstanın ən məşhur milli parklarından biri olan Band-e-Amirə getməsini qadağan edib.

“Qanunla.az” “Associated Press”ə istinadən xəbər verir ki, hərəkatın Əxlaq və Fəzilət Nazirliyindən verilən məlumata görə, bunun qarşsıını almaq üçün təhlükəsizlik güclərindən istifadə ediləcək.

Nazirlik iddia edir ki, qadınlar mərkəzi Bamiyan əyalətində yerləşən Band-e-Amirə gedərkən düzgün hicab prosedurlarına əməl etmirlər.

Bu qərar nazir Məhəmməd Xalid Hənəfinin əyalətə səfərindən, rəsmilərə və din xadimlərinə qadınların hicab geyinməyin düzgün qaydasına riayət etmədiklərini deyərək təhlükəsizlik rəsmilərindən qadınların turistik məkana gəlməsini qadağan etməyi xahiş etməsindən bir həftə sonraya təsadüf edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki