image-qanunla-reklam
image-1652027254_gavel-word-sanctions-spelled-letters-260nw-1816611995

Britaniya İranın müdafiə rəsmilərinə sanksiya tətbiq etdi

image-lady-day-az

Böyük Britaniya Avropa İttifaqının qərarından sonra İranın pilotsuz uçuş aparatları istehsal edən Şahed Aviation Industries şirkətinə, eləcə də İranın bir sıra yüksək səviyyəli müdafiə rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Qanunla.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısında deyilir.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, nazirliyin Təchizat, Tədqiqat və Sənaye Xidmətinin rəisi general-mayor Məhəmməd Baqiriyə qarşı Böyük Britaniyaya giriş qadağası və aşkar edilərsə, aktivlərin dondurulmasını əhatə edən məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Müdafiə naziri, briqada generalı Seyid Höcətullah Qureşi, o cümlədən İran Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının əməliyyatlarına cavabdeh olan elit bölmələri olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığının rəhbəri briqada generalı Səid Ağacani ilə bağlı da sanksiyalar tətbiq edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki