Braziliyanın Rio-Qrande-du-Sul əyalətində güclü yağışlar selə səbəb olub.
Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Əyalətin qubernatoru Eduardo Leite bildirib ki, hələ də evlərin damında köməksiz qalan insanlar var. O, bölgədə fövqəladə vəziyyətin elan edildiyini açıqlayıb.