image-qanunla-reklam
image-parad-turk

Böyük Qayıdış strategiyası

image-lady-day-az

Xalqımız Vətən müharibəsində apardığı haqq işi uğrunda mübarizə nəticəsində tarixi bir qələbəyə imza atdı. Mənfur qonşularımz tərəfindən 30 ilə yaxın işğal altında qalan dədə-baba torpaqlarımız Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin  rəhbərliyi və Silahlı Qüvvələrimizin Şanlı qələbəsi ilə düşmən tapdağından azad olundu. Kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz yadelli əsarətindən qurtularaq öz əzəli sahiblərinə qovuşdu. İşğal müddətində düşmən bu torpaqlardakı bütün infrastrukturu dağıdıb, bütün şəhərlərimiz demək olar ki, yerlə yeksan edilmiş, maddi-mədəni abidələrimiz təhqir olunmuş, milli- mənəvi dəyərlərimizin göstəricisi olan tikintilər xarabazarlığa çevrilmişdir. Bütün bunlar bir daha düşmənin necə vandal, vəhşi bir xalq olduğunun göstəricisidir. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırıq və sərəncamlarına əsasən işğaldan azad olunmuş bütün torpaqlarımızda geniş miqyaslı quruculuq, abadlıq işlərinə start verilmişdir. Artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız vətəndaşların  öz doğma yurd-yuvalarına qayıtması üçün müəyyən edilmiş Dövlət proqramını uğurla həyata keçirir.

Azad olunmuş torpaqların iqtisadi potensialından istifadə, müəyyən olunmuş iqtisadi strateji istiqamətlər növbəti illərdə ölkəmizin sosial –iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə qaldıracaq. Azərbaycan iqtisadi cəhətdən artıq inkişaf etmiş ölkələr sırasındadır. Uğurlu sosial- iqtisadi və siyasi nailiyyətlər, milli və dünyəvi dəyərlər sayəsində gələcəkdə Azərbaycanın beynəlxalq nüfuzunun artacağı şübhəsizdir. Bir sözlə, qürurla deyə bilərik ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində inkişafımız daha da sürətlənməkdədir. İnkişaf yolunda irəliləyişin digər səbəbi isə xalqın dövlət başçısına olan inam və etimadıdır. Məhz bu birlik, bu inam Vətən müharibəsi zamanı qazanılan qələbəyə öz töhfələrini verdi. Qalib dövlət, qalib xalq bundan sonra da öz prezidentinin rəhbərliyi ilə möhtəşəm iqtisadi, siyasi uğurlar qazanmağa davam edəcəkdir.
Dövlətimizin  inkişafı bütün regionun inkişafında öz müstəsna rolunu  göstərəcək və bu inkişafa zəmin yaradacaqdır.

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki