image-qanunla-reklam
image-1624680885436292734_1000x6691624687110

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

image-lady-day-az

Böyük Qayıdış Cəbrayıldan başlamışdır

Dövlətimizin başçısının oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri bir daha göstərdi ki, ötən bir il ərzində Azərbaycanda erməni faşizminin yerlə yeksan etdiyi torpaqlarımızın bərpasını prioritet istiqamət olaraq seçmişdir. O cümlədən, ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir.

İşğalın yekunlaşmasından hələ bir il belə keçməməsinə baxmayaraq işğaldan azad olunmuş rayonlarımız artıq abadlaşır, yeni görkəm alır və torpaqlarımızdan erməni vandalizminin izləri yavaş-yavaş silinir. O cümlədən, tarixi abidələr bərpa olunur, yeni yol-nəqliyyat infrast¬rukturu yaradılır, yüksək gərginlikli elektrik xətləri çəkilir, yeni yarımstansiyalar inşa olunur. Bu genişmiqyaslı prosesdə xarici ölkələrin şirkətləri də yaxından iştirak edirlər. Əlbəttə, Qaraba¬ğın bərpası təkcə Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadiyyatının mühüm lokomotivi olaraq, regional əməkdaşlığın daha da güclənməsinə təkan verəcəkdir.

Məlumat üçün qeyd edək ki, Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümü ilə bağlı bölgəyə səfər edən Müzəffər Ali Baş Komandan İlham Əliyev səfər çərçivəsində bir çox obyektin təməlqoyma mərasimində, bəzilərinin isə açılışında iştirak etdi. Səfəri daha əlamətdar edən hadisələrdən biri də dövlətimizin başçısına Cəbrayıl şəhərinin baş planının təqdim edilməsi oldu. Bu isə o deməkdir ki, bundan sonra aparılan işlər daha da sürətlənəcək və sistemli şəkildə aparılacaqdır. Zəfər xronologiyamıza nəzər salsaq, Cəbrayılın işğaldan azad edilməsinin xüsusi yeri olduğunu görərik. Çünki Cəbrayıl şəhəri Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər-rayon mərkəzi idi. Hələ 2016- cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu¬nun əks – hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Beləliklə, 2016-cı ildə başlayan Cəbrayıl şəhərinin işğaldan azad olunma prosesi 2020-ci ilin 04 oktyabr tarixində öz missiyasını tamamladı. Və bu gün Cəbrayıl rayonu artıq azaddır, yaxın gələcəkdə cəbrayıllılar öz doğma el-obalarına qayıdacaqlar. Biz əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında dövlətimiz dost ölkələrlə birlikdə bu mühüm missiyanı uğurla başa çatdıracaq, ən qısa zamanda Qarabağı əsl cənnət məkana çevirəcəkdir.

 

Zərdab rayon Qaravəlli kənd tam orta məktəbin Uşaq Birliyi Rəhbəri-Günay Mahmudova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki