image-qanunla-reklam
image-1653655773_1653654658232452025_1000x669

“Böyük Qayıdış” adlanan proqram artıq başlayıb

image-lady-day-az

Bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Proqramı üzrə Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanmışdır.

Qeyd edək ki, bu ilin mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 2020-ci ilin 27 sentiyabr ayında başlayan və 44 gün davam edən Vətən Müharibəsində döğma torpaqlarımızı düşmən işğalından azad etdi. Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri misilsiz qəhrəmanlıqlar göstərərək Azərbaycan xalqının Zəfər Səlnaməsini yazdılar.

Şanlı Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra azad olunmuş ərazilərin yenudən qurulması və bərpası Azərbaycan dövlətinin qarşısında duran ən vacib vəzifələrdən birinə çevrildi.İşğaldan azad edilmiş ərazilərin bərpası Prezident cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Bu məsələnin növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritetlərdən biri olaraq müəyyən edilməsi ölkə rəhbərliyinin bu məsələyə böyük əhəmiyyət verdiyinin göstəricisidir Bərpa prosesinin səmərəli və mərkəzləşdirilmiş şəkildə təşkil edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən zəruri tədbirlər görülür və görülməkdədir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2921-ci ilin dövlət büdcəsindən 2178,4 milyon manat vəsait xərclənmişdir. 2022-ci il üçün bu məqsədə Dövlət büdcasində 2670,0 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur.

Hazırda işğaldan azad olunmuş ərazilərdə icra olunan infrastruktur layihələri dayanmadan genişlənir. Hava Limanları tikilib istifadəyə verilir, dəmir yolları, avtomobil yolları çəkilir, elktrik stansiyaları tikilir və digər infrastruktur layihələri həyata keçirilir.  Xalqın ümid və istəklərini həmişə əsas tutan cənab Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti altında Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətində həyara keşirilən geniş miqyaslı tikinri quruculuq və bərpa işləri Azərbaycanın öz gücünə aparılır. Doğma Qarabağ və Zəngəzurda aparılan geniş miqyaslı qurucululuq işlərinin hər bir Azərbaycan vətəndaşı üçün xüsusi əhəmiyyəti və mənəvi dəyəri var. Əminik ki, cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətlə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri nəticəsində “Böyük Qayıdış” Proqramı uğurla həyata keçiriləcək, vaxtı ilə həmin ərazilərdə yaşayan vətəndaşlarımız tezliklə öz ata-baba yurdlarına qayıdacaqlar.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki