image-qanunla-reklam
image-bmt-t-1565846790

BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi

image-lady-day-az

BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsi

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 30 aprel 1993-cü il tarixində qəbul olunmuşdur. Qəbul edilən 822 nömrəli qətnaməyə görə, Kəlbəcər rayonu digər işğal olunmuş rayonlarımız kimi qeyd-şərtsiz azad olunmalı idi. Ancaq, Ermənistan həmin qətnaməni də qəbul edilmiş digər üç qətnamə kimi icra etməkdən imtina etdi. Qətnamələrin icra edilməsinə məsul olan beynəlxalq qurumlar isə bunu görməzdən gəlirdi. Bu təcavüzün qarşısının alınması üçün heç bir səy göstərmədilər. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olmuşdur. Kəlbəcər rayonu uğrunda döyüş əməliyyatları aparılmadan, Ermənistan ordusu həmin ərazini birdəfəlik tərk etdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən böyük rayonu Kəlbəcəri düşmənlərdən, terrorçulardan azad etdi. Ölkəmizin əzəli və əbədi torpağı olan Kəlbəcər rayonu rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Dövlətimiz BMT Təhlükəsizlik Şurasının Kəlbəcərlə bağlı 822 saylı qətnaməsini özü icra etdi.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki