image-qanunla-reklam
image-1670608557_upload-rian_8265138-hr-pic_32ratio_900x600-900x600-43430

BMT rəsmisi gələn həftə Nikolayev və Xersona səfər edəcək

image-lady-day-az

BMT baş katibinin müavini Martin Qriffits gələn həftə Nikolayev və Xersona səfər edəcək.

“Qanunla.az” xəbər verir ki , bu barədə brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bildirib .

“O, hakimiyyət nümayəndələri, humanitar işçilər və müharibədən zərər çəkmiş ölkə sakinləri ilə görüşəcək. Qriffits infrastrukturun zədələnməsi və qışın başlaması ilə bağlı humanitar vəziyyəti qiymətləndirəcək”.

Bundan əvvəl BMT-nin Ukraynadakı humanitar koordinatoru  Denis Braun bildirib ki, Ukraynada işığın tamamilə kəsilməsi fəlakət ola bilər.

Braun həmçinin qeyd edib ki, hazırda BMT-nin 2000-ə yaxın humanitar işçisi Ukrayna ərazisindədir.

Dekabrın 8-də Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib ki, hazırda ölkənin enerji sistemini tam bərpa etmək mümkün deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki